DİN və prokurorluq Oqtay Gülalıyevlə bağlı məlumat yayıb
Məlumat verildiyi kimi, oktyabrın 29-da paytaxtın Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir. Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla oktyabrın 29-da çağrı nömrəsi “9933” olan “A Taksi” şirkətində taksi sürücüsü kimi işləyən Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə saat 17:22-də Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində sola dönərkən Puşkin küçəsindəki piyada keçidi ilə yolu keçən O.Gülalıyevi ehtiyatsızlıqdan vuraraq onun ağır dərəcəli bədən xəsarəti almasına səbəb olması müəyyən edildiyindən K.Abdullayev Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.
Hər iki qurumun mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilir ki, “Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülər Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən hadisədən dərhal sonra kütləvi informasiya vasitələrinə təqdim edilməsinə, hadisə barədə oktyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən, daha sonra hadisənin təfərrüatları və istintaqın gəldiyi ilkin nəticələrə əsasən hadisənin qəsdən törədilməməsi barədə oktyabrın 31-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən qərəzli olaraq hadisənin guya qəsdən törədilməsi ilə bağlı cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən əsassız məlumatlar yayılıb.
Həmin məlumatlar aparılmış istintaqla sübuta yetirilmədiyindən qəti şəkildə təkzib olunur.
İstintaq zamanı müəyyən edilib ki, O.Gülalıyev hadisə yerindən tamamilə kənarda Xətai rayonu ərazisində yaşayır. O, həmin gün hadisə yerinə şəxsiyyəti istintaqa məlum olan tanışı ilə görüşmək məqsədilə gəlib, bu marşrutdan gündəlik və ya daimi olaraq istifadə etməyib. Həmçinin müəyyən edilib ki, sürücü K.Abdullayev sentyabrdan etibarən Nizami küçəsində fəaliyyət göstərən hazırlıq kursundan qonşusunun övladını saat 17:30-da götürmək üçün həmin istiqamətdə hər gün hərəkət edib.
Bundan başqa, hadisədən əvvəl təxminən 2 saat ərzində sürücü K.Abdullayevin və O.Gülalıyevin hərəkət trayektoriyaları, hadisədən sonra sürücü K.Abdullayevin O.Gülalıyevi 1 saylı Kliniki Tibbi Mərkəzə apardığı marşrut “Təhlükəsiz Şəhər” Xidmətinin kameraları, eləcə də istifadə etdikləri telefon nömrələrinin anten dairələri vasitəsilə tam müəyyən edilib. Məlumatlardan görünür ki, onlar hadisədən əvvəl müxtəlif istiqamətlərdə hərəkətdə olmuş, hərəkət istiqamətləri hadisədən əvvəl heç bir halda kəsişməmiş, sürücü tərəfindən O.Gülalıyevin güdülməsi, izlənilməsi halları müəyyən edilməyib.
Bakı Nəqliyyat Agentliyindən verilmiş məlumata əsasən həmin vaxt yaranan tıxaclar nəzərə alınmaqla sürücü K.Abdullayev zərərçəkmiş şəxsi ən optimal marşrut üzrə saat 18:16-da 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıb.
İstintaq zamanı sürücü K.Abdullayevin şəxsiyyəti, əlaqələri, ailə vəziyyəti və barəsində digər zəruri məlumatlar əməliyyat yolu ilə toplanılıb. Müəyyən edilib ki, o, 1984-cü ildə Mingəçevir şəhərində anadan olub, 2009-cu ildə işləmək məqsədilə Bakı şəhərinə gəlib. K.Abdullayev 2019-cu ilin iyunundan etibarən Bakıda taksi fəaliyyəti ilə məşğul olmağa başlayıb. Ailəlidir, bir övladı var. Əvvəllər məhkum olunmayıb.
Aidiyyəti dövlət qurumları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində K.Abdullayevin həyat tərzi ilə bağlı hər hansı şübhəli məqamların, zərərçəkmiş şəxs O.Gülalıyevlə əvvəllər tanışlığının, ədavətinin olmaması müəyyən edilib, eləcə də sonuncunun hadisədən əvvəl izlənilməsi, təqib edilməsi və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar, xüsusilə O.Gülalıyevin olduğu yerin hər hansı kənar şəxs vasitəsilə telefon və ya internet vasitəsilə sürücü K.Abdullayevə bildirilməsi fərziyyəsi istintaqla təsdiq olunmayıb.
Bu və digər hallar üzrə, o cümlədən zərərçəkmiş şəxsə göstərilmiş tibbi yardımın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması hissəsində istintaq tədbirləri davam etdirilir.
Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxsin məhkəmə məsuliyyətinə verilməsi təmin ediləcək.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb