logo

Hacıqabulda zəlzələ olub

11:50 25-12-2019 | icon 2492
Hacıqabulda zəlzələ olub

Dekabrın 25-də yerli vaxtla saat 10.49-da Qobustan seysmik stansiyasından 36 kilometr cənub-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanın maqnitudası 3,5, dərinliyi 5 kilometr olub.

Zəlzələ hiss olunmayıb.