logo

Gəncədə 3 günlük oğlan uşağını küçəyə atdılar

13:10 24-12-2019 | icon 2555
Gəncədə 3 günlük oğlan uşağını küçəyə atdılar

Gəncədə vətəndaşlar 3-4 günlük oğlan uşağını küçədən taparaq 2 saylı Gəncə Şəhər Uşaq Xəstəxanasına gətiriblər.

 YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, müayinə zamanı körpədə hər hansı fiziki qüsur qeydə alınmayıb.

Hazırda həkimlərin nəzarəti altında olan körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilib. 

Məlumata görə, faktla əlaqədar hüquq-mühafizə orqanlarına da artıq məlumat verilib.