logo

Azərbaycana qış gəlib

12:53 22-12-2019 | icon 2506
Azərbaycana qış gəlib

Dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da Azərbaycana qış fəsli daxil olub. Bununla da təqvim üzrə payız fəsli başa çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə olur. Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınır.