Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51 min 735 nikah və 14 min 281 boşanma halları qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Məlumatda, həmçinin bildirilib ki, yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1693 nəfər gələn, ölkədən isə 1354 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 339 nəfər təşkil edib.