logo

“ASAN xidmət” fəaliyyətini məhdudlaşdırdı

17:23 21-12-2019 | icon 2436
“ASAN xidmət” fəaliyyətini məhdudlaşdırdı

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, həmin gün “ASAN xidmət” mərkəzlərində vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanaraq hazır sənədləri əldə edə bilərlər.