Bu gecə Böyük çillə daxil olur
Bu gecə ilin ən uzun gecəsi - Çillə axşamıdır.
AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli YeniAvropa-ya bildirib ki, Böyük çillə 40, Kiçik çillə 20 gün davam edir. Sonra Boz ay gəlir ki, onun da ömrü 30 gündür. Böyük çillə dekabrın 21-dən 22-nə keçən gecə başlayır (bəzi bölgələrdə bir gün əvvəl qeyd edilir), fevral ayının 1-2-si bitir.
Atəş Əhmədlinin sözlərinə görə, çillə gecələrini Novruz çərşənbələrinədək olan yolun başlanğıcı saymaq olar: “Çillə gecəsinə daxil olmaq Novruz mərasimlərinin, rituallarının, qış dövrü bölgülərinin giriş hissəsidir. Əgər biz İlaxır çərşənbədə çillədən çıxırıqsa, yaz bayramını qəbul ediriksə, sual olunur ki, bəs bu çətinlik nə vaxt girdi? Bu sual izah tələb edir. Ona görə də dekabrın 21-də Böyük çilləyə, qış fəslinə daxil olmağımızı, eyni zamanda, Novruza hazırlığın başlanğıc mərhələsi hesab etmək olar. Çünki bu dövrdə torpaq yumşaldılır, ağaclar budanır, təmir işləri aparılır və s. Bu isə bir növ yaza, Novruza hazırlıqdır. Düşünürəm ki, bütün bunlar 3 ay ərzindəki bu mərasim kompleksinin, çillədən yazın gəlişinədək olan dövrün, proseslərin sistemli şəkildə öyrənilməsini tələb edir”.
Təəssüf ki, çillə axşamları unudulmaq üzrədir. Amma sevindirici haldır ki, son dövrlərdə bəzi bölgələrdə bu bayramın qeyd olunmasında canlanma hiss olunur. Bu barədə danışan Atəş Əhmədli bildirib ki, çillə gecəsinin ritualı ən çox Naxçıvan ərazisində qalıb. Amma son illərdə Lənkəranda, bəzi qərb rayonlarında bayramın müəyyən rituallarına əməl olunmasına başlanılıb. Bu günün xüsusi ritualları və təamları var. Çillə gecəsində, əsasən, xəmir xörəklərinin bişirilməsinə üstünlük verilir, həmin gün hədik və xəşil bişirərlər. Qoz halvası, yerkökü halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrədə olmalıdır.
Qeyd edək ki, dekabrın 21-dən 22-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsidir.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb