Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.
YeniAvropa xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə N.Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısının müavini Ramiz Tatarov barəsində təqdimata baxılıb və onun haqqında həbs qətimkan tədbiri seçilib.
Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov da məhkəmə qarşısına çıxarılıb.
Səbail rayon Məhkəməsində onun barəsində də 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.