Həbs edilən Nizaməddin Quliyevin yüksək vəzifədə işləyən övladları...
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin ailə üzvləri də vəzifəli şəxslərdir.
YeniAvropa xəbər verir ki, N.Quliyevin bir oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir. Məlumata görə, R.Quliyev 1978-ci ildə anadan olub. 2001-ci ildə hüquq sahəsində fəaliyyətə başlayıb. İlk olaraq 6 il Bakı Apelyasiya Məhkəməsində, sonra isə 3 il Suraxanı rayon məhkəməsində katib işləyib. Növbəti 3 il ərzində isə Ali Məhkəmədə nəzarətçi olub. 2013-cü ildən Nərimanov rayon məhkəməsində hakim işləyir.
Digər oğlu Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir. O, bir müddət əvvəl banklardan birinin Mingəçevir şöbəsində rəhbər vəzifə tutub. Ramal Quliyevin adı da atası kimi mətbuatda mütəmadi hallanıb. Belə ki, Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin bir neçə il əvvəl yayılan videosunda Ramal Quliyev də olub.
İddiaya görə, N.Quliyevin oğlu Ramal bankda işləyərkən yarım milyonluq yeyintiyə yol veribmiş və bu zərərin ödənməsində başçıya goranboylu sahibkar M.Verdiyev maddi yardım edib. Daha sonra Ramalın ölkədən qaçdığı barədə məlumatlar yayılmışdı.
R.Quliyev isə bu barədə açıqlama verərək təkzib etmişdi:“Nə mən, nə də atam heç bir qanunsuz addım atmamışıq, heç atmarıq da. Heç bir adam hamı üçün yaxşı ola bilməz. Öz işimdəyəm və heç bir yerə qaçmamışam. Heç bir problem də yoxdur. Heç kimin haqqını yeməmişəm, yemərəm də.Yazıblar ki, guya atam məni xaricə qaçırdıb, pulları hansısa müğənniyə xərcləmişəm. Mənə qaranlıq qalıb ki, belə yalan xəbərləri haqqımda nə üçün yayırlar? Bir insafları olsun, Allah var başımız üstündə”.
Bu işlə bağlı istintaq davam edərkən vəkil Adəm Məmmədov da Ramal Quliyevin İlqarə Kazımova ilə olan münasibəti barəsində açıqlama yaymışdı. Nizaməddin Quliyevin bu yazıdan Vəkillər Kollegiyasına verdiyi şikayəti əsasında A.Məmmədov cəzalandırılmışdı. “Qafqazinfo”
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb