logo

Siyəzəndə zəlzələ olub

10:11 20-12-2019 | icon 2366
Siyəzəndə zəlzələ olub

Dekabrın 20-də yerli vaxtla saat 03.57-də Altıağac seysmoloji stansiyasından 22 kilometr şimal-şərqdə Siyəzən ərazisində zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, zəlzələ hiss olunmayıb.

Siyəzəndəki zəlzələ 3.3 maqnituda gücündə olub və ocağı 43 kilometr dərinlikdə yerləşib.