logo

YAP Sabirabad rayon təşkilatı rəhbərinin oğlu saxlanıldı

21:13 19-12-2019 | icon 2499
YAP Sabirabad rayon təşkilatı rəhbərinin oğlu saxlanıldı

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

YeniAvropa xəbər verir  ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Xatırladaq ki,  saxlanılan şəxs hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.