Azərbaycanda 110 mindən çox əcnəbi vətəndaş yaşayır və işləyir
Bu ilin 11 ayı ərzində Azərbaycana 3 milyondan çox əcnəbi vətəndaş gəlib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə dekabrın 18-də Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbirdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev deyib.
Xidmət rəisinin müavini qeyd edib ki, Azərbaycanda miqrantların sayı artır. Bu, ölkəmizin iqtisadiyyatının inkişafı, eləcə də prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Bütün bunlar Azərbaycanı əcnəbilər üçün cəlbedici ölkəyə çevirib. Eyni zamanda, ölkəmizdə əcnəbilərə göstərilən tolerant münasibət, onların hüquqlarının qorunması miqrasiya prosesinin sürətlənməsinə və əcnəbilərin Azərbaycana gəlməsinə təkan verən başlıca amillərdəndir. Bu ilin 11 ayı ərzində 2500-dən artıq miqrantın ölkə ərazisində yaşaması leqallaşdırılıb. Hazırda 110 mindən artıq əcnəbi vətəndaş Azərbaycanda yaşayır və işləyir.
Pərviz Musayev bildirib ki, Azərbaycanda turizmin inkişafı, əcnəbilərin respublikamıza gəlmələrinin daha da sadələşdirilməsi, onların ölkəmizdə yaşamaları və işləmələri üçün münbit şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir neçə sərəncam imzalanıb. Ümumiyyətlə, miqrantların ölkəmizdə hüquqların qorunması istiqamətində DMX tərəfindən də müvafiq işlər həyata keçirilib. Qanunvericiliyə dəyişikliklər olunub, Xidmətin istifadəsində olan Vahid Miqrasiya Məlumat Sisteminin təkmilləşdirilməsi işi başa çatdırılıb, müraciətlərin qəbulu elektronlaşdırılıb və DMX tərəfindən cari ildə MİGAZ mobil tətbiqi istifadəyə verilib. Bütün bunlar əcnəbilərin müraciətlərinə operativ cavab verilməsinə, onların problemlərinin həllinə xidmət edir. Bundan başqa, əcnəbilərin hüquqlarının qorunması ilə bağlı DMX-də strategiya hazırlanıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb