"Qhtxeber.az" saytının 10 illik yubileyi qeyd olunub
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "qhtxeber.az" saytının 10 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə, həmçinin Şuranın elan etdiyi “SƏLİS Jurnalist” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
YeniAvropa xəbər verir ki, tədbirdə "qhtxeber.az" saytının baş redaktoru Sənan Nəcəfov saytın fəaliyyəti ilə bağlı məlumat verib.
Milli Məclisin deputatı, Şuranın sədri Azay Quliyev yubiley münasibətilə təbriklərini çatdıraraq bildirib ki, "qhtxeber.az" saytı işinin öhdəsindən layiqincə gəlib: “Saytının yaranmasından ötən on ildə qarşıya qoyulan vəzifələrin öhdəsindən bacardığımız qədər gəlməyə çalışdıq. Düşünürəm ki, kollektiv bu missiyanı şərəflə yerinə yetirib. Qarşıda hələ görüləcək işlər çoxdur”.
A.Quliyev “SƏLİS Jurnalist” yazı müsabiqəsinin qaliblərini təbrik edərək bildirib ki, müsabiqə 3 mövzu – “Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları”, “İctimai nəzarətin effektiv və milli maraqların qorunması” və “QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər” üzrə keçirilib. Müsabiqəyə təqdim olunan 51 yazı arasından 9-u münsiflər heyəti tərəfindən mükafata layiq görülüb.
Jurnalist yazılarının qiymətləndirilməsi üzrə münsiflər heyətinin üzvləri xalq şairi Sabir Rüstəmxanlı, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “APA Group”un rəhbəri Vüsalə Mahirqızı və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid olublar.
Sabir Rüstəmxanlı və Rauf Arifoğlu yazıların ədalətli seçim əsasında qiymətləndirildiyini bildiriblər.
Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb.
“Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları” mövzusu üzrə qaliblər Səbuhi Məmmədli (I yer), Asif Nərimanlı (II yer) və Həbibə Abdulla (III yer) olub.
“İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması” mövzusu üzrə qaliblər Sevinc Telmanqızı (I yer), Seymur Əliyev (II yer) və Rumiyə Miraslan (III yer) olub.
“QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər” mövzusu üzrə qaliblər isə Fərəh Sabirqızı (I yer), Fidan Afər və Ruhiyyə Daşsalahlı (III yer) olub.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb