İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 71 min 688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10 milyon 53 min 145 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Məlumatda qeyd edilib ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.