Dekabrın 16-da Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Sultanov dekabrın 14-də Biləcəri qəsəbəsi ərazisindən “Honda” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.