logo

“Araz” və “Rahat” marketlərdə bir sıra qanun pozuntuları aşkarlanıb

23:55 16-12-2019 | icon 2492
“Araz” və “Rahat” marketlərdə bir sıra qanun pozuntuları aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakıda ,Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 20 ünvanında yerləşən “Araz” marketdə və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən “Rahat” marketdə yoxlamalar keçiriblər. Yoxlamalar zamanı hər iki marketdə bir sıra yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsinə dair qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva məlumat verib.

"Yoxlamalar zamanı  bitki spred yağların istehlakçılara kərə yağı adı altında satılması halları aşkarlanıb ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır.
Hər iki marketin rəhbərliyi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb və inzibati qaydada cərimə tətbiq olunub. Əməkdaşlarımız tərəfindən ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və və istehlakçı hüquqlarının pozulmasına qarşı ən sərt tədbirlər həyata keçirəcək", -deyə AQTAvrəsmisi vurğulayıb. 

.