logo

Təcili yardım maşını qəzaya düşdü- xəstə başqa “Ambulans”la xəstəxanaya çatdırıldı

21:12 15-12-2019 | icon 4711
Təcili yardım maşını qəzaya düşdü- xəstə başqa “Ambulans”la xəstəxanaya çatdırıldı

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir  ki,  qəza paytaxtın A.M. Şərifzadə küçəsində qeydə alınıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb.