"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov KİV-ə müsahibəsində bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:
"1999-cu il təvəllüdlü O.E adlı oğlan anidən stansiya yoluna yıxılıb. Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib".
B.Məmmədov baş verən hadisənin qatarların intervalına təsir etmədiyini bildirib.