Dekabrın 15-də yerli vaxtla saat 12:32-də Lənkəran stansiyasından 34 kilometr şimal-şərqdə Masallı ərazisində zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, zəlzələ 3.4 maqnituda gücündə olub və ocağı 36 kilometr dərinlikdə yerləşib.
Zəlzələ yerli sakinlər tərəfindən hiss olunmayıb.