Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Bakının Nəsimi rayonunda “3-cü mikrorayon bazarı” adlanan ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.