MTRŞ-dan “102 FM” tezliyi ilə bağlı açıqlana gəldi
Milli Televiziya və Radio Şurası (MTRŞ) “102 FM” radio tezliyinin tenderə çıxarılması ətrafında yaranan müzakirələrə münasibət bildirib.
YeniAvropa xəbər verir ki, MTRŞ-ın yaydığı məlumatda qeyd olunur ki, Azərbaycanın radio tezlikləri dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil. Buna görə də heç zaman satışa çıxarılmayıb, çıxarıla da bilməz:
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.4-cü maddəsinə əsasən dövlət yayım tezliklərini yalnız istifadəyə verir. Həmin Qanunun 11.5.2-ci maddəsinə görə isə, teleradio yayımı sahəsində müvafiq dövlət orqanı (Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası) tezlik resurslarından səmərəli istifadə olunmasına nəzarət edir.
Adı çəkilən 102.0 MHz efir radio tezliyi 1994–2016-cı illər arasında “ANS ÇM” radiostansiyasının istifadəsində olmuşdur. 18 iyul 2016-cı ildə “ANS-ÇM”-in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalmışdır.
Efir radio tezliklərindən səmərəli istifadənin təmin olunması məqsədilə Milli Televiziya və Radio Şurası 5 noyabr 2019-cu ildə keçirilmiş iclasında "Tеlеviziya və radiо yayımı haqqında" Azərbaycan Rеspublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz tezliyə müsabiqə elan etmişdir. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcəkdir.
Həmçinin bildirmək istəyirik ki, 2016-cı ilin dekabr ayından Azərbaycan Respublikası ərazisində televiziya yayımı yalnız rəqəmli formatda həyata keçirilir. Bunun müsbət nəticəsi kimi bir efir tezliyində 10-12 SD televiziya kanalının və ya 3-4 HD formatda yayım aparan televiziya kanalının ötürülməsi mümkün olmuşdur. Yaxın gələcəkdə radionun da rəqəmli yayıma keçidi ilə əlaqədar bir efir tezlik resursunda 10-a yaxın radio kanalın yayımı mümkün olacaqdır. Bu da təbii olaraq, hər hansı bir efir radio tezliyinin guya kiminsə adına və ya mülkiyyətində olması iddiasını tamamilə alt-üst edir.
Yayılan məlumatlarda qeyd olunan hazırda istifadəsiz 50-yə yaxın tezliyin olması barədə iddiaya cavab olaraq bildiririk ki, radio kanalların əksəriyyəti 100.0MHz–108.0 MHz tezlikləri arasındakı FM diapazonunda yayımlanır. Bu diapazonda hazırda tam rəqəmli bir tezlik resursu (102.0 MHz) istifadəsizdir ki, ona da müsabiqə elan olunmuşdur. Lakin 88.0 MHz – 100.0 MHz arası diapazonda istifadə olunmayan tam rəqəmli bir sıra tezliklər mövcuddur ki, zərurət olduğu təqdirdə onların da gələcəkdə müsabiqəyə çıxarılması məsələsinə baxıla bilər".
Xatırladaq ki, fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev KİV-ə müsahibəsində 102.0 FM tezliyinin satışa çıxarılmasına iradını bildirib. FM diapazonunda çoxlu istifadə olunmayan radiotezliklərin olduğu halda məhz vaxtilə ANS-in istifadəsində olan radiotezliyin tenderə çıxarılmasına etirazını bildirib.
Vahid Mustafayev ANS-in açıqlaması ilə bağlı məsələnin də sirr pərdəsi altında olduğunu vurğulayıb.
“ANS-in fəaliyyətinin bərpa olunması daha bir sirli məsələdir. ANS-in bütün komandası həm ölkə daxilində, həm də ölkə xaricində öz yerindədir və Azərbaycan xalqının sevimli telekanalının yayımı bərpa etməyə hazırdır. Amma təəssüf ki, yayımın bərpa olunması barədə qərarı biz vermirik",-deyə V.Mustafayev vurğulayıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb