logo

Bu gün əksər bölgələrdə qar yağıb

11:55 09-12-2019 | icon 2205
Bu gün əksər bölgələrdə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin dekabrın 9-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Departamentdən YeniAvropa-ya bildiriblər ki, düşən yağıntının miqdarı Zabratda 20 (aylıq normanın 68 faizi), Sumqayıtda 16 (aylıq normanın 60 faizi), Maştağada 14 (aylıq normanın 41 faizi), Bakıda 13 (aylıq normanın 44 faizi), Binədə 11 (aylıq normanın 38 faizi), Neft Daşlarında 14 (aylıq normanın 66 faizi), Çilov adasında 3, Pirallahıda 2, Naxçıvan Muxtar Respublikasında 3-12, Lənkəran-Astara zonasında 2-6, Mərkəzi Aran rayonlarında və Balakən-Şəki bölgəsində 1-8 millimetr olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 9, Daşkəsəndə 6, Qırızda 4, Gədəbəy, Şahdağda 2, Sarıbaş, Göygöldə 1 santimetr təşkil edib.