Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 20 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.