Ankarada Nursultan Nazarbayevə həsr olunan konfrans keçirilib
Türkiyənin paytaxtı Ankarada Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunan konfrans keçirilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Qazaxıstanın Türkiyədəki səfirliyi və bu ölkədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən birgə təşkil olunan “Müdrik lider Nursultan Nazarbayev türkdilli dövlətlərin birliyinə gedən yolda” mövzusunda mərasimdə rəsmi şəxslər, səfirlər, tanınmış alimlər iştirak ediblər.
Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuly, "EkoAvrasiya"nın sədri Hikmət Erən, Türkiyədə fəaliyyət göstərən Kapadokya Universitetinin rektoru, professor Həsən Ali Karasar görkəmli siyasi və dövlət xadimi Nursultan Nazarbayevin zəngin, mənalı həyatından danışıblar. Diqqətə çatdırılıb ki, Nursultan Nazarbayev siyasi hakimiyyətinin bütün dövrlərində Qazaxıstanın inkişafı, xalqının rifahı və tərəqqisi naminə müdrik qərarlar qəbul edib. Ötən əsrin sonunda, keçmiş sovetlər birliyinin süqutu ərəfəsində yaranmış çətin və mürəkkəb şəraitə baxmayaraq Nursultan Nazarbayev uzaqgörən siyasəti ilə Qazaxıstanın dövlət müstəqilliyinin bərpası prosesini uğurla başlayıb və sona çatdırıb. Sonrakı illərdə isə Nursultan Nazarbayevin əsas hədəfi türkdilli dövlətlərin həmrəyliyinə və əməkdaşlığına nail olmaq üçün töhfələr vermək olub. Əminliklə vurğulanıb ki, qazax xalqının böyük oğlunun, müdrik dövlət xadiminin fəaliyyətinə hər zaman türkdilli xalqlar tərəfindən ehtiram göstəriləcək.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb