Ağdam rayonunda bədbəxt hadisə baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Albəyli qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin kəndə qonaq gedən Bərdə rayon Dəymədağlı kənd sakini 32 yaşlı Şəfəq Tariyel qızı İsmayılovanı elektrik cərəyanı vurub. Yaralı qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.