logo

Hacıqabul sakinindən silah götürülüb

10:05 30-11-2019 | icon 2492
Hacıqabul sakinindən silah götürülüb

Hacıqabul sakinindən qanunsuz saxlanılan silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib. Keçirilən əməliyyat nəticəsində Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinib. O, saxlanılıb. Ona məxsus fermadan 1ədəd “BUM” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.