Dekabrın birinci ongünlüyündə hava yağıntılı və küləkli olacaq
Dekabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə normadan bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var. Dekabr ayının birinci ongünlüyünün birinci yarısında ayrı-ayrı günlərdə havanın yağıntılı keçəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° aşağıdır. Havanın temperaturu gecələr 5-9°, bəzi günlərdə 2-4°, gündüzlər 8-13°, bəzi günlərdə 2-5° isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-34 millimetr) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 0-3° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə dağlarda 7-12° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 0-5° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 millimetr) olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturun 1° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və 1° aşağıdır. Havanın temperaturunun gecələr 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə 8-13° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (27-53 millimetr) olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 1-4° isti olacağı gözlənilir ki, bu da iqlim norması yaxın və bir qədər aşağıdır. Havanın temperaturunun gecələr 2-6° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 2° dərəcə şaxtadan 3°-dək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (13-32 millimetr) olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturu 1-3° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 2-7°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-48 millimetr) olacaq.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 3-6° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və 1° aşağıdır. Havanın temperaturu gecələr 3-8° isti, bəzi günlərdə 0-4° şaxta, gündüzlər 10-15°, bəzi günlərdə 0-5° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 millimetr) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 3-6° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Havanın temperaturunun gecələr 2-7° isti, bəzi günlərdə 2° şaxtadan 2°-dək isti, dağlarda 6-11° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 1-4° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 45-106 millimetr) olacağı proqnozlaşdırılır.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb