Bakı şəhərinin Baş planının yekun layihəsi ilə bağlı gələn il ictimai müzakirələr aparılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə noyabrın 27-də Bakının Baş planı üzrə yanaşmaların müzakirəsinə həsr edilən Strateji sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev bildirib.
Onun sözlərinə görə, Bakının Baş planının ilkin versiyası hazırdır, yekun layihə isə ilin sonunadək tamamlanacaq. Layihə müvafiq qurumlarla razılaşdırıldıqdan sonra hökumətə təqdim ediləcək.