“Bibiheybət” məscidindən şəhər istiqamətinə doğru yolda baş verən torpaq sürüşməsi və uçqunun səbəblərini araşdırmaq məqsədilə işə əcnəbi mütəxəssislər cəlb edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinindən məlumat verilib. Bildirilib ki, onlar yerli mütəxəssislərlə birgə hadisənin bir daha təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görəcəklər: “Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.
Qeyd edək ki, aramsız yağan yağışlardan sonra noyabrın 24-də “Bibiheybət” məscidindən şəhər istiqamətinə doğru yolda, məsciddən təxminən 100 metr irəlidə, yolun sağ hissəsində 300 metrə yaxın məsafədə çatlar əmələ gəldikdən sonra həmin ərazinin 150 metrə yaxın hissəsində uçqun tipli sürüşmə prosesi baş verib.
Proses dəniz istiqamətində qeydə alınıb və torpaq qatı Gəmiqayırma Zavodunun binalarına çatıb.