Bakıda “Türk filmləri həftəsi” başlayıb
Noyabrın 25-də "Nizami" Kino Mərkəzində V “Türk filmləri həftəsi”nin açılışı olub.
YeniAvropa xəbər verir ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Yerli Düşüncə Dərnəyi və "Nizami" Kino Mərkəzinin dəstəyi ilə reallaşıb.
Tədbirdə Azərbaycanın əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Mətin Gündoğdu, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və başqaları çıxış edərək iki qardaş xalq arasında əsrlərboyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıblar. Vurğulanıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan və bütün bunları çox yaxından hiss edən, ürəyi bir vuran eyni millətdir.
Bakıda keçirilən türk filmləri həftəsi çərçivəsində kinosevərlərin maraqlı filmləri izləmək fürsəti əldə edəcəyini söyləyən natiqlər türk kinosunun keçdiyi tarixi inkişaf yolundan söz açıblar. Bildirilib ki, nümayiş olunacaq filmlər hər bir tamaşaçıda son dövrlər türk kinosu haqqında müsbət fikir formalaşdıracaq.
Qardaş ölkələr arasındakı körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayan çıxışçılar qeyd ediblər ki, təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə, türkiyəli peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq. Həftə ərzində təqdim olunacaq ekran əsərləri tamaşaçıların ümumi dünyagörüşünün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha onlara çatdıracaq. Tamaşaçılar üçün bu həftə çox gözəl film bayramı olacaq.
Diqqətə çatdırılıb ki, yaxın gələcəkdə türk həftəsi çərçivəsində Azərbaycanın digər bölgələrində də türk filmlərinin təqdimatı nəzərdə tutulur.
Tədbirdə Türkiyədən gələn sənət adamlarına plaket təqdim edilib.
Açılış mərasimində “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar və ekran əsərinin aktyorları Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, “Çakallarla Dans-5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu və Çağla Irmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan və digər şəxslər iştirak ediblər.
Sonra qonaqlar rejissor Şükrü Alaçamın “Locman” bədii filminə baxıblar.
Qeyd edək ki, həftə ərzində noyabrın 26-da “Locman” və “Kapan”, noyabrın 27-də “Annem” və “Çakallarla dans-5”, noyabrın 28-də “Çakallarla dans-5” və “Kapan”, noyabrın 29-da isə “Rafadan tayfa” və “Annem” bədii filmləri təqdim olunacaq.
İlham Əliyev bir sıra ölkələrdəki səfirləri geri çağırdı,bir sıra ölkələrə yeni səfirlər təyin etdi
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 371 min nəfəri ötüb
Azərbaycanda daha 499 nəfər koronavirusa yoluxdu
İntim videosu yayılan FHN-in polkovniki həbs edilib
Dünya çempionatı: Güləşçimiz erməni rəqibini məğlub edib finala yüksəldi
Ərdoğan Hersoqla Türkiyə-İsrail əməkdaşlığını müzakirə edib
Bu gün vəfat edən polkovnik-leytenant ehtiyatda olub-MN
Mərc oyunlarının gəlirlərinin bir hissəsi sosial layihələrə yönəldiləcək
Krımın azad olunması Ukraynanın gündəlikdəki əsas məsələdir
Zelenski Ərdoğandan nəyi xahiş etdi?
"Qarabağ"ın səfər oyunu üçün əlavə biletlər satışa çıxarılıb
Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçirilib
Sabah Bakıda 38° isti olacaq
“Azpetrol” işğaldan azad olunan torpaqlarda ilk YDM-ni açıb
Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət edib
Bakıda fəhlə tikilən hündürmərtəbəli binadan yıxılıb öldü
Azərbaycan nefti 97,87 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Azərbaycanda un və çörəyin qiyməti qalxdı
Putin "G20" sammitində iştirak edəcəklər
Ərdoğan:Yeni Çernobıl faciəsi yaşamaq istəmirik
V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib
Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin danışıqlar masasında bitəcəyinə ümid edirəm
Türkiyə Ukraynanın bərpasında iştirak edəcək
Karateçimiz İrina Zaretska İslamiadanın ikiqat qalibi olub