Qurban Yetirmişli: "İrandakı zəlzələnin Azərbaycan üçün təhlükəsi yoxdur"
"İranın Şərqi Azərbaycan əyalətində baş verən güclü zəlzələnin Azərbaycan üçün təhlükəsi yoxdur".
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranda baş verən zəlzələ Azərbaycanın sərhədə yaxın ərazilərində 4 bala qədər hiss olunub: "Zəlzələnin episentri bizim ən yaxın stansiyamızla 115 kilometr məsafədə yerləşir. Zəlzələnin maqnitudası 6 olduğundan güclü yeraltı təkan hesab etmək olar və özünə daha yaxın əraziləri silkələyə bilər. Amma Azərbaycan üçün bunun heç bir təhlükəsi yoxdur. Sadəcə olaraq, Azərbaycanın sərhədə yaxın yaşayış məntəqələrində 4 bala qədər, sərhədyani rayonlarda isə 3 bala qədər hiss olunub. Yəni, qorxulu heç nə yoxdur. Təbii ki, afterşokların davam etməsi normaldır. Amma həmin afterşokların Azərbaycan əraziləri üçün hissetmə təsiri belə yoxdur. Ümumiyyətlə, qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsiri sadəcə onun hiss olunmasıdır".
Qeyd edək ki, noyabrın 8-də 02:47-də İranın Şərqi Azərbaycan əyalətində baş verən güclü zəlzələdə azı 5 nəfər həlak olub. Zəlzələ zamanı 320 nəfər xəsarət alıb. Zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kilometr dərinlikdə olub. Azərbaycanın sərhəd rayonlarında, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Ordubad, Culfa, Beyləqan, Horadizdə 4-3 bala qədər hiss olunub. Zəlzələ 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb