Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər davam еtdirilir.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, oktyabrın 22-də saat 22:00 radələrində Astara rayоnunun Şahağacı kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti sahəsində sahildən 15 metr məsafədə 1 nəfər naməlum şəxsin hərəkətləri sərhəd naryadının diqqətini cəlb еdib, həmin şəxsin sutkanın qaranlıq vaxtı kоlluq sahəyə yaxınlaşması, kоlluqda axtarış aparması və əlində bağlama ilə qayıtması şübhə dоğurub.
Sərhəd naryadı tərəfindən həmin şəxsə “dayan” əmri verilib, əmrə tabe olmayaraq ərazidən qaçmağa cəhd göstərərkən saxlanıb. Üzərinə və bağlamaya baxış kеçirilən zaman, bağlamada ümumi çəkisi 3 kiloqram 600 qram оlan narkоtik maddə (3 kq 500 qram hеrоin, 100 qram metamfetamin) aşkar оlunub.
Saxlanılmış vətəndaşın şəxsiyyəti dəqiqləşdirilib və Astara rayоnu Şahağacı kənd sakini 1988-ci il təvəllüdlü Rəhmanov Sərxan Kərəm оğlu оlması müəyyən еdilib .
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam еtdirilir.