Bakıda DYP zabitini ona cərimə protokolu yazdığına görə dəfələrlə ağır formada təhqir edən taksi sürücüsü həbs edilib.
YeniAvropa xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlum verilib.
Xatırladaq ki, sürücünün DYP zabitini söyüb təhqir etməsi barədə videokadrlar sosial şəbəkələrdə yayılmışdı. Həmin sürücü DYP əməkdaşına qarğıyır, daha sonra söyür və ona fiziki təzyiq göstərir. Polis zabiti heyrətamiz səbr nümayiş etdirib ona cavab vermir, hadisə yerinə post-patrul xidmətinin əməkdaşları çağırılır.
Virtualaz.org