logo

Dələduzluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

15:53 17-09-2019 | icon 2492
Dələduzluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini olan üç nəfər avqust ayında ayrı-ayrı vaxtlarda naməlum şəxsin aldatma yolu ilə onlardan ümumilikdə 230 manat pul aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib.

Dələduzluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də analoji əmələ və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elton Əliyev 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.