Ankarada “Aşıq Veysəl-2019” ilinin açılışı olub
Ankara şəhərində, prezident administrasiyasının Simfonik Orkestrinin konsert salonunda Türkiyənin görkəmli el sənətkarı Aşıq Veysələ həsr olunmuş “Aşıq Veysəl-2019” ilinin açılış mərasimi keçirilib. Mərasim çərçivəsində “Rənglərdəki işıq - Aşıq Veysəl” adlı rəsm sərgisinin açılışı olub.
YeniAvropa xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və "TRT Avaz"ın birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış simaları, elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rəsmi hissədə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Aşıq Veysəlin zəngin və mənalı həyat yolundan danışıb. Baş katib əminliklə bildirib ki, 2019-cu ildə təşkil olunacaq tədbirlər çərçivəsində Aşıq Veysəl şəxsiyyəti türk dünyasına daha geniş tanıtdırılacaq.
Açılış mərasimi zəngin bədii proqramla davam edib. Azərbaycan da daxil olmaqla türk dünyasını təmsil edən ayrı-ayrı ölkələrdən gələn musiqi qruplarının rəngarəng çıxışları olub. O cümlədən konsertdə türk dünyasını təmsil edən, eləcə də azərbaycanlı bəstəkarlar tərəfindən Aşıq Veysəl ili münasibətilə türkiyəli el sənətkarının şeirlərinə bəstələnmiş mahnılar ilk dəfə səsləndirilib.
Konsertdə, həmçinin Azərbaycanın xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə TRT Ankara radiosunun kamera xorunun və Abdulla Qurbaninin dirijorluğu və bədii rəhbərliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ankara türk dünyası musiqi qrupunun ifaları olub.
Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Kastamonuda keçirilən 36-cı iclasında Oş şəhəri “2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı” seçilib və 2019-cu il anadan olmasının 650-ci ildönümü ilə əlaqədar böyük Azərbaycan şairi İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə Aşıq Veysəl ili elan olunub.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb