Müğənni Sem Smit aprelin 27-də Bakıda konsert proqramı ilə çıxış edə bilməyəcək. Ötən həftə Cənubi Afrika turunu yarıda kəsən britaniyalı müğənni konsert proqramlarına qısa fasilə verdikdən sonra tibb mütəxəssislərinin məsləhətinə əsasən növbəti konsert proqramlarını da ləğv etməli olub.
YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti məlumat yayıb. Bildirilib ki, sağlamlığı hər şeydən vacib sayan təşkilatçılar musiqiçinin tam sağalması üçün atdığı bu addımı anlayışla qarşılayır və onu dəstəkləyir.
Məlumatda həmçinin qeyd edilib ki, "Formula-1 Azərbaycan Qran-Pri"si çərçivəsində planlaşdırılan digər əyləncə proqramları qüvvədə qalır.