logo

Prezident Elmira Axundovanı ordenlə təltif edib

13:44 25-05-2023 | icon 1456
Prezident Elmira Axundovanı ordenlə təltif edib

Prezident İlham Əliyev mayın 25-də Elmira Axundovanın ordenlə təltif edilməsi haqda sərəncam imzalayıb.  

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, prezident İlham Əliyev mayın 23-də  Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsinin vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.