logo

Əhalinin banklardakı əmanətləri 11 milyard 965 milyon manata çatıb

11:33 18-05-2023 | icon 2044
Əhalinin banklardakı əmanətləri 11 milyard 965 milyon manata çatıb

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,4 faiz artaraq, aprel ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 964,4 milyon manat təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, əmanətlərin 61,8 faizi milli, 38,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 4,1 faiz artıb.