logo

Şuşada beynəlxalq veloyürüş və şahmat yarışı təşkil ediləcək

14:34 04-05-2023 | icon 2527
Şuşada beynəlxalq veloyürüş və şahmat yarışı təşkil ediləcək

 Bu il Şuşada beynəlxalq veloyürüş və şahmat yarışı da təşkil ediləcək.

YeniAvropa xəbər verir ki,  bunu Suqovuşanda “Prezident kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində deyib.

Cari il ölkəmizdə beynəlxalq turnirlərin sayının çox olduğunu bildirən nazir qeyd edib ki, ötən həftə Bakıda "Formula 1 Azərbaycan Qran-Pri"si təşkil olundu.

"Bu həftə də beynəlxalq yarışlar var. Gələn həftə üçün mötəbər turnirlərin təşkili nəzərdə tutulub. Azərbaycan artıq idman ölkəsinə çevrilib. Xüsusi olaraq, mən dövlətin idmana göstərdiyi qayğını vurğulamalıyam"-deyə nazir bildirib.