logo

"Şahdağ"da qar örtüyünün hündürlüyü 8 santimetrə çatır

10:10 03-05-2023 | icon 3521
"Şahdağ"da qar örtüyünün hündürlüyü 8 santimetrə çatır

Milli Hidrometeorologiya Xidmətinin mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü "Şahdağ2da 8, Xınalıqda 6, Qrızda 3 santimetrdir.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.