Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
Martın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında iştirak edib.
Xarici İşlər Nazirlərinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, iclas zamanı çıxış edən nazir Ceyhun Bayramov bu gün Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək TDT-nin fövqəladə Zirvə Görüşünün 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildirib.
Böyük fəlakət və əsrin faciəsi olan bu zəlzələlərin on minlərlə insan itkisi, böyük dağıntılar və humanitar problemlər yaratmasına baxmayaraq, qüdrətli türk millətinin və Türkiyənin zəlzələnin fəsadlarının aradan qaldırılmasının öhdəsindən ən qısa zamanda ləyaqətlə gələcəyinə əminlik ifadə olunub. Sevincini olduğu kimi dərdini də birlikdə bölüşən xalqlarımızın bu acı günlərdə də nümunəsinə az rast gəlinən həmrəylik nümayiş etdirdiyi çıxış zamanı vurğulanıb.
Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən TDT-yə üzv və müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsinin böyük mənəvi əhəmiyyət daşıdığı qeyd olunub. Bu xüsusda, fəlakətin baş verdiyi ilk andan etibarən qardaş Türkiyənin yanında olan Azərbaycanın, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcəyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə ölkəmizin bütün əlaqədar qurumları tərəfindən operativ qaydada Türkiyəyə yardım edildiyi, bu çərçivədə ölkəmizdən xilasetmə və tibbi heyət, səhra xəstəxanaları, onlarla təyyarə və yüzlərlə yük maşınları ilə göndərilən humanitar yardım barədə məlumat verilib.
Nazir Ceyhun Bayramov, həmçinin baş vermiş təbii fəlakət fonunda üzv dövlətlər arasında fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsi sahəsində əməkdaşlığın, o cümlədən birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması üzrə yol xəritəsinin praktiki icrasının vacibliyini qeyd edib.
TDT-nin yaranmasından ötən illər ərzində Təşkilatın üzv dövlətləri arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar sahələrində əməkdaşlığın güclənməsi, həmçinin qurumun beynəlxalq nüfuzunun artması məmnunluqla qeyd olunub. Bu xüsusda, Özbəkistanın TDT-yə sədrliyinin Təşkilatın daha da güclənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta Dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
Xarici İşlər Nazirləri Şurasında TDT-yə üzv ölkələrin xarici işlər nazirləri də çıxış edib, Zirvə Görüşündə ölkələrin liderləri tərəfindən təsdiq edilməsi nəzərdə tutulan sənədlər və siyasi bəyannamə layihələri nəzərdən keçirilib.
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib
Şuşaya ilk turist səfəri təşkil olunub
İlham Əliyev Tərtərin Talış kəndində Novruz tonqalını yandırıb və xalqa müraciət edib
Sabah Bakıda şimal küləyi əsəcək, 18° isti olacaq
Bakıdan Qəbələyə ilk sürətli sərnişin qatarı yola düşüb
Ötən ay Azərbaycandan 6,4 milyon ton neft nəql olunub
Mehriban Əliyeva Tərtərin Talış kəndindən paylaşım edib
Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyən bəyanatın qəbuluna mane olub
DSX sərhəddəki tıxaclara aydınlıq gətirib
Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək