Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edir
Bu gün Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işinə başlayır.
YeniAvropa xəbər verir ki, konfrans BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "G20" Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
Beynəlxalq tədbirdə dünyanın 30-dan çox ölkəsindən tanınmış ekspert və mütəxəssislər iştirak edir.
İki gün davam edəcək konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə konfransda İslamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.
Konfrans “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”, “Fransada islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspirologiya nəzəriyyələr”, “Müstəmləkəçilik, yeni imperializm və islamofobiya”, “İslamofobiya və mediada nifrət çağırışları”, “İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu”, “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” və digər mövzuları əhatə edir. Hər bölmədə bir neçə məruzəçinin çıxışı gözlənilir.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib