logo

Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq-İlham Əliyev

11:22 09-03-2023 | icon 868
Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq-İlham Əliyev

Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlət başçısı deyib. “Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.