logo

Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub

17:13 01-03-2023 | icon 2842
Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 40 yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 828 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 310 nəfər müalicə olunaraq sağalıb, 10 min 119 nəfər vəfat edib. Aktiv xəstə sayı 159 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 49, bu günə qədər isə ümumilikdə 7 milyon 526 min 899 test icra olunub.