logo

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

15:55 20-01-2023 | icon 2023
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 43 yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 614 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 169 nəfər müalicə olunaraq sağalıb, 10 min 67 nəfər vəfat edib. Aktiv xəstə sayı 378 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 50, bu günə qədər isə ümumilikdə 7 milyon 468 min 434 test icra olunub.