logo

MMA döyüşçüsü Rafael Fiziyevin növbəti görüşünün vaxtı açıqlanıb

12:48 18-01-2023 | icon 1379
MMA döyüşçüsü Rafael Fiziyevin növbəti görüşünün vaxtı açıqlanıb

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevin UFC-də keçirəcəyi növbəti görüşün vaxtı açıqlanıb.

YeniAvropa  UFC-yə istinadla xəbər verir ki, təmsilçimiz martın 18-də İngiltərənin paytaxtı Londonda 286 nömrəli turnirində gücünü sınayacaq.

Turnirin əsas döyüşündə R.Fiziyevin rəqibi ABŞ idmançısı Castin Qeyci olacaq.

Qeyd edək ki, R.Fiziyev ötən il Rafael Dos Anosa qalib gəlib, C.Qeyci isə Çarlz Oliveyraya (hər ikisi Braziliya) uduzub.