logo

Bəzi QHT-lər layihələrin hesabatı zamanı qüsurlara yol veriblər-Aygün Əliyeva

12:52 17-01-2023 | icon 840
Bəzi QHT-lər layihələrin hesabatı zamanı qüsurlara yol veriblər-Aygün Əliyeva

Ötən il kiçik qrant müsabiqələri üçün əsas prioritet istiqamətlər “Ailə, qadın və uşaq məsələləri”, “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi”, “Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri”, “insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləri”, “Elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri”, “Sosial və iqtisadi məsələlər”, “Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri” mövzuları olub.

 YeniAvropa xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.

O deyib ki, layihələrin mövzusundan və formatından asılı olmayaraq əsas məqsədimiz müsabiqələrin həyata keçirilməsində şəffaflıq, hesabatlılıq prinsiplərinə riayət olunmasıdır. Əvvəlcədən təlimatların və normativ sənədlərin təqdim edilməsinə baxmayaraq, bəzi qeyri-hökumət təşkilatları layihələrin hesabatı zamanı qüsurlara yol verdilər.

“2021-ci və 2022-ci illər müsabiqələrinin nəticələrini təhlil edəndə maliyyə pozuntusu ilə bağlı dinamikanın aşağı düşməsi bizi çox sevindirir. Növbəti illərdə layihələrin qəbulunun, monitorinqinin və hesabatların yeni elektron resurslar vasitəsilə həyata keçirilməsi, layihə təklifi formasının təkmilləşməsi və layihələrin qəbulu və idarə edilməsi üçün beynəlxalq standartlarda qəbul edilən müəyyən elementlərindən istifadə olunması planlaşdırılır”, - deyə Aygün Əliyeva qeyd edib.