logo

Klublararası dünya çempionatının püşkü atılıb

18:28 13-01-2023 | icon 1519
Klublararası dünya çempionatının püşkü atılıb

Bu il Mərakeşdə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb.

YeniAvropa xəbər verir ki, turnirin ilk oyunu Misirin "Əl-Əhli" və Yeni Zelandiyanın "Oklend Siti" komandaları arasında dörddəbir finala vəsiqə uğrunda olacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq.

İlkin mərhələ çərçivəsində “Sietl Saunders” (ABŞ) klubu “Əl-Əhli” - "Oklend Siti" cütünün qalibi, Mərakeşin

"Vidad" komandası isə "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq. Birinci cütün qalibi yarımfinalda “Real Madrid”ə, ikinci görüşün qalibi isə “Flamenqo”ya (Braziliya) rəqib olacaq.

Qeyd edək ki, yarımfinal matçları fevralın 7-8-də keçiriləcək.