logo

Bakıda keçiriləcək beynəlxalq turnirdə 10 ölkədən 1500-dən artıq karateçi iştirak edəcək

09:29 11-01-2023 | icon 1932
Bakıda keçiriləcək beynəlxalq turnirdə 10 ölkədən 1500-dən artıq karateçi iştirak edəcək

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək.

YeniAvropa xəbər verir ki, turnir yanvarın 20-22-də Gənclər və İdman Nazirliyinin dəstəyi, “Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə baş tutacaq.

Turnirlə bağlı fikirlərini bölüşən “Arpaçay” klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov ölkəmizdə 7-ci dəfə təşkil olunacaq beynəlxalq turnirin Bakı İdman Sarayında keçiriləcəyini deyib: “Ənənəvi turnirə hazırlıq işləri intensiv olaraq davam edir. Üç gün davam edəcək turnirin təntənəli açılış mərasimi yanvarın 21-də olacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”.

Klubun rəhbəri bildirib ki, turnirdə 10-dək ölkədən, habelə paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1500-dən artıq idmançının iştirakı gözlənilir.