logo

Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev

14:30 08-05-2024 | icon 1113
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev

Bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoq aparırıq.

YeniAvropa xəbər verir ki, bu fikirləri Bolqarıstan prezidenti Rumen Radev mayın 8-də prezident İlham Əliyev ilə mətbuata bəyanatında səslənddirib.

“Ən yüksək səviyyədə olan siyasi dialoqumuz təkcə bizim ölkələrimizin deyil, Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir”,-deyə Bolqarıstan prezidenti vurğulayıb.